Haqqımızda
Əsas səhifə / Haqqımızda


Uğur Tədris Mərkəzi 15 sentyabr 2015-ci ildən fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı ilk gündən müasirliyi, peşakarlığı və keyfiyyəti əsas tutaraq təhsildə yeniliklər  tətbiq edən tədris ocağıdır. Kursumuz ən son avadanlıqlarla təchiz edilmişdir. Bizim hədəfimiz hər bir dinləyicini professional , keyfiyyətli təhsil və xidmətlərlə təmin etməkdir. Mərkəzimizdə çalışan  müəllimlər təcrübəli və öz sahəsində  peşakar şəxslərdir. Tədris mərkəzimizdə bütün qruplar üzrə abituriyentlərə 5 fənn paketi təklif olunur. Dərslərimiz həftənin 7 günü 2 saat olmaqla keçirilir. İlk sınaq dərsi ödənişsizdir. Həmçinin aylıq keçirilən sınaq imtahanları təşkil olunur ki, bu da dərslərin təkmilləşməsində sizlərə yardımçı olacaqdır. 

   Bizim tədris mərkəzində aşağıdakı fəaliyyət növləri vardır:

1. Erkən inkişaf 

2. Məktəbəqədər hazırlıq

3. İbtidai sinif hazırlığı

4. Rəsm dərsləri

5. Şahmat dərsləri

6. Abituriyent hazırlığı.